A24 Xeber

Pakistan Azərbaycanı silahlandırmaq istəyir

Pakistan Azərbaycanı silahlandırmaq istəyir
580
19 Mart 2017 - 14:52

Pakistan Azərbaycana müasir silahlar çatdırmağa və bizim ölkə ilə hərbi əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

“A24.az” xəbər verir ki, bunu “virtualaz.org”a açıqlamasında Pakistanın keçmiş baş naziri Şaukat Əziz deyib.

“Bizim dövlətlərimizin təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı ümumi maraqları var. Pakistan çox ölkələrə silah çatdırır. Mənə elə gəlir ki, Azərbaycanın da Pakistanda hazırlanmış silahların müxtəlif sistemlərini, hansılar ki, dünya silah bazarında özünü yaxşı tanıda bilib, əldə etməsinə daha aktiv yanaşmasına dəyər”, – deyə o bildirib.

Qeyd edək ki, Pakistan dünyada Ermənistanı tanımayan yeganə ölkədir. Bundan başqa, Pakistan dünyada, erməni silahlı qruplaşmalarının Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdikləri soyqırımı ittiham edərək rəsmi qətnamə qəbul etmiş ilk ölkə olub.

İslamabad, həmçinin beynəlxalq ictimaiyyəti Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00