A24 Xeber

Pakistan daxili işlər naziri sui-qəsd zamanı yaralandı

Pakistan daxili işlər naziri sui-qəsd zamanı yaralandı
44
06 May 2018 - 18:46

Bu gün Pakistan daxili işlər naziri Axsan İkbal Pəncab vilayətinin Naroval şəhərində sui-qəsdə məruz qalıb, güllə yarası alıb.

Bu barədə “Geo TV” telekanalı məlumat yayıb.

Hadisə şəhərdə keçirilən mitinq zamanı baş verib. Daxili işlər naziri avtomobilində olarkən 20-22 yaşlı gənc yaxınlaşıb və atəş açıb. Güllə A. İkbalın sağ çiyninə dəyib və nazir xəstəxanaya yerləşdirilib. A. İkbalın həyatı üçün təhlükə yoxdur.

 Daxili işlər nazirinə atəş açan şəxs saxlanılıb. Hadisənin motivi barədə məlumat verilmir. //APA
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00