A24 Xeber

Pakistanda dəhşətli partlayış! Məscid hədəf alındı

Pakistanda dəhşətli partlayış! Məscid hədəf alındı
569
31 Mart 2017 - 14:39

Son aylarda tez-tez partlayışların baş verdiyi Pakistanda bu gün daha şiddətli partlayış baş verib.

A24.Az xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən və Əfqanıstanla sərhəddə yerləşən Paraşinarda yaşanıb. Terrorçular cümə namazı zamanı məscidi hədəf alıb. Partlayış zamanı 11 nəfər dünyasını dəyişib.

Cəhənnəmə dönən partlayış zonasında hərbi helikopter yaralıları xəstəxanalara daşıyıb. Ən az 60 nəfər yaralanıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00