A24 Xeber

“Palata qanuni yolla öz səlahiyyətlərini artırmaq istəyir” – İqtisadçıdan “körpü banklar”la bağlı AÇIQLAMA

“Palata qanuni yolla öz səlahiyyətlərini artırmaq istəyir” – İqtisadçıdan “körpü banklar”la bağlı AÇIQLAMA
89
29 Mart 2017 - 17:58

Bu gün Milli Məclisdə İnzibati Prosessual, Mülki Prosessual məcəllələrə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) “körpü banklar” yaratmaq səlahiyyətinin verilməsi nəzərdə tutulur:

Rüfət Aslanlı

Rüfət Aslanlı

“İnzibati Prosessual və Mülki Prosessual məcəllələrə dəyişikliklər gələcəkdə “Bank haqqında” qanuna müvafiq dəyişikliklər etməyə zəmin hazırlamaq üçün təqdim edilib və qanun layihələrində “körpü bank”ların yaradılmasını nəzərdə tutan qətnamə anlayışı əksini tapıb. Məsələn, İnzibati Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən MBNP-nin bankın qətnaməsi çərçivəsində qəbul etdiyi qərar məhkəmə tərəfindən ləğv edilə bilməz”.

Palatanın “körpü banklar” yaratmaqda  məqsədi nədir? “Körpü banklar”ın yaradılmasının hansısa müsbət tərəfləri olacaq?

Məsələ ilə bağlı A24.Az-a açıqlama verən iqtisadçı ekspert Cəfər İbrahimli, palata sədrinin bu açıqlamasının ancaq batmış banklarla əlaqədar olduğunu vurğuladı:

“Mövcud fəaliyyətini davam etdirən banklara bu qayda şamil olunmur. Yəni körpü bankların yaradılması bağlanmış bankların problemlərinin, kredit problemlərinin həlli üçündür. Mən dəfələrlə mətbuata açıqlamalarımda da bildirmişəm ki, bu kimi problemləri olan bankların problemlərinin həlli üçün bir fond yaradılıb problemli kreditlər oraya göndərilərək, vahid sistem şəkildə operativ idarə oluna bilər. İndi bunun adına körpü də desək, fond da desək, bu iflas mərhələsində olan bankların  (əksəriyyəti üçün ayrıca idarəetmə, ayrıca rəhbərlik, işçi heyəti onunla məşğul olur)   aktivləri birləşdirilib, vahid bir yerdə idarə olunsun. Kreditlərin geri qaytarılması, onların geri qaytarılması sahib olduqları əmlak, daşınmaz əmlak bunların vahid sistemdə idarə olunmasıdır. Yəni təklif olunan bu variant mümkün ola bilər. Qısa müddət ərzində bankın aktivləri köçürülür həmin körpü banka, batmış bankların aktivləri idarə olunur, ələ gələn şeyləri alınıb, satılıb, təhvil verilir. Və nəticədə o bankların tamamilə səhmdarları və yaxud da kreditorlar qarşısında olan məsələləri həll etmək mümkün olur”.

İqtisadçı bildirir ki, lisenziyası alınmış bankları kiməsə satmaq və ya lisenziyasının bərpası biraz çətin məsələdir:

“Bankın özünün imici artıq pozulub, reputasiyası ciddi şəkildə aşağı düşüb. Onsuz da onu heç kim almayacaq. Yox əgər aktiv şəkildə  hazırda fəaliyyət göstərən bankların satılması məsələsindən söhbət gedirsə, bankın bu şəkildə satılması əlavə status istəyir. Yəni bankın satılmasını təmin edəcək qanunvericiliyə görə əlində imkanları olsun. Yəni mövcud səhmdarın qabağında bir müddətlik şərt qoysun ki, kapitalı artırsın, yaxud da səhmlərinin bir hissəsini çıxarıb həmin o deyilən kənar şəxslərə satmaqla, ( təbii ki, palata da bu adamlarla görüşüb razılığa gəlməlidir) bankın kapital problemini bu şəkildə həll etsin. Göründüyü kimi palata bankın bir hissəsinin alınması və ya tamamının satılmasını (birləşməsini) səhmdarlara buraxmır. Palata müəyyən səlahiyyətlər istəyir. Yəni bu kimi problemlərin həlli yollarını gücləndirməklə əlavə səlahiyyətlər əldə etsin”.

Qeyd edək ki, MBNP-nin sədri həmçinin bildirib ki, müflis olan bankların mülkləri müsadirə edilərək satılacaq.

Orxan Aslanlı, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00