Pambıq tarlasında zəhərlənənlərin vəziyyəti orta-ağırdır - Nazirlik

Pambıq tarlasında zəhərlənənlərin vəziyyəti orta-ağırdır – Nazirlik
Want create site? Find Free WordPress Themes and plugins.

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənmə diaqnozu ilə Bakıdakı Kliniki Tibbi Mərkəzin Taksokologiya şöbəsinə gətirilən 4 xəstənin vəziyyəti orta-ağırdır.

A24.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, Saatlı Rayon Mərkəzi Xəstəxanasıda müalicəsi davam edən 20 nəfərdən ikisi öz istəyi ilə evə buraxılıb: “Digər xəstələrin müalicəsi davam edir və yaxın günlərdə evə buraxılacaqlar”.

Qeyd edək ki, ötən gün Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 20-dən çox işçi kimyəvi dərmandan zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan vəziyyəti ağır olan 4 nəfər Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzin Taksokologiya şöbəsinə yerləşdiriliblər.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar