Papa Ərdoğanı ayaq üstə qarşıladı - FOTO - VİDEO

Papa Ərdoğanı ayaq üstə qarşıladı – FOTO – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Prezidenti Ərdoğan Vatikana səfər edib.

“A24.az”ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Ərdoğanı katoliklərin ruhani lideri Papa Fransisk ilə görüşmək üçün gəldiyi Apostol Sarayının qarşısında qarşılanma mərasimi keçirilib.

Ərdoğan və xanımı Əminə Ərdoğan San Damaso qapısında Papalıq İqamətgah Valisi baş Yepiskopu Georq Qansvein tərəfindən qarşılanıb.

Qarşılanma mərasimindən sonra Türkiyə prezidenti Ərdoğan Papa Fransisk ilə baş-başa danışmaq üçün görüşün keçiriləcəyi yerə gedib. Görüş zamanı Türkiyə-Vatikan münasibətləri, Qüdslə bağlı yaşananlar, Suriya və bölgədəki problemlər, əcnəbi və islam düşmənçiliyi müzakirə mövzularından biri olacaq.

Görüşmə zaman Papa Türkiyə prezidenti Ərdoğanı ayaq üstə qarşılayıb.

Mərasim zamanı Vatikanı və Papanı qorumaq üçün xidmət göstərən isveçrəli mühafizəçilər də hazır vəziyyətdə olub.

İki lider arasında görüş 11:50-də başa çatıb. Ərdoğanla Papa arasında 1 saat davam edən görüşmədən sonra hər iki liderin mediaya açıqlama verəcəyi gözlənilir.

Vatikandakı görüşlərdən sonra isə Ərdoğan Romada İtaliya prezidenti Sergiyo Mattarella ilə görüşəcək.

Qeyd edək ki, Ərdoğanın bu səfəri 59 illik fasilədən sonra Türkiyədən Vatikana prezident səviyyəsində edilən ilk ziyarət hesab olunur.

“A24.az” görüşdən olan videogörüntüləri təqdim edir:

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar