A24 Xeber

Papadan dindarlara xəbərdarlıq: Firon kimi yaşamayın

Papadan dindarlara xəbərdarlıq: Firon kimi yaşamayın
45
22 May 2018 - 15:31

Roma Papası Fransisk İtaliya Piskoposlar Konfransında bəzi xəbərdarlıq və məsləhətlərini verib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, cinsi istismar və maliyyə qalmaqallarının rahibliyə zərər verdiyini qeyd edən Papa piskoposlara xəbərdarlıq edib. Həmin xəbərdarlıqda Papa bildirib ki, firon kimi deyil, sadə şəkildə yaşayın. Bundan başqa Papa qalmaqal və həvəssiz fəaliyyətin gəncləri kilsədən uzaqlaşdırdığına işarə edib.

İtaliyanın ANSA agentliyinin yayımladığı xəbərə görə Papa korrupsiya və şəffaflıq mövzusundakı narahatlığını bildirərək bunları qeyd edib:

“Bəzən inananların kasıblıqdan danışmayıb firon kimi yaşadıqlarını görürük. Kasıblıqdan danışıb lüks şəraitdə yaşamaq da bir-birinin əksinə işlədilmiş ifadə olur. Pulun şəffaflıqdan uzaq idarə edilməsi və ya kilsənin mallarına şəxsi malın kimi davranılması rüsvayçılıqdır. Bilirsiniz ki, bəzi bölgələrdəki piskoposlarda maliyyə qalmaqalları meydana gəldi. Bir rahibin səlahiyyətindən uzaq olan vəziyyətlərə özünü soxaraq idarə etdiyini görmək və ya daha da pisi, dulun pulunu dürüst olmayan şəkildə idarə etdiyini eşitmək məni çox üzür. Vəzifəmizi nümunə olacaq şəkildə, açıq və ortaq qanunlar çərçivəsində davam etdirməyimiz lazımdır”.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00