A24 Xeber

Antalyada keçirilən moda nümayişində baş maniken olaraq podiuma çıxan məşhur model Paris Hilton çətin anlar yaşayıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, bu il Antalyada Türkiyənin ən böyük moda təşkilatı olan 26-cı “Dosso Dossi Fashion Show”un münayişi keçirilib.

Podiuma ilk maniken olaraq Paris Hilton çıxıb. Daha sonra məşhur model Türkiyənin də tanınmış simaları olan Çağla Şikel, Deniz Akkaya, Demet Şener, Şebnem Schafer və Özge Ulusoy və 40 nəfərlik maniken qrupuyla birlikdə podiumda yürüyüb.

Hər kəsin böyük maraqla izlədiyi moda nümayişində Paris Hilton 3 müxtəlif paltar geyinib. Lakin nümayiş zamanı yer sürüşkən olduğu üçün məşhur model yerə yıxılmaq təhlükəsiylə üz-üzə qalıb. Ancaq özünü ayaqda saxlamağı bacarıb.

“A24.az” sözügedən görüntüləri təqdim edir:

A24.az

Antalyada keçirilən moda nümayişində baş maniken olaraq podiuma çıxan məşhur model Paris Hilton çətin anlar yaşayıb. “A24.az” türk mediasına istinadən xəbər verir ki, bu il Antalyada Türkiyənin ən böyük moda təşkilatı olan 26-cı “Dosso Dossi Fashion Show”un münayişi keçirilib. Podiuma ilk maniken olaraq Paris Hilton çıxıb. Daha sonra məşhur model Türkiyənin də tanınmış simaları olan […]

Paris Hilton podiumda yıxılmaqdan son anda qurtuldu – VİDEO

40