Parisdə Makron əlehinə aksiya: 32 nəfər saxlanıldı

Parisdə Makron əlehinə aksiya: 32 nəfər saxlanıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Parisdə Fransa prezidenti Emmanuel Makronun siyasətinə etiraz əlaməti olaraq keçirilən aksiyada saxlanılanların sayı 32 nəfərə çatıb.

Bu barədə “BFMTV” telekanalı məlumat yayıb.

Məlumata görə, aksiyaçılar silah gəzdirməyə, aqressiv fəaliyyətə görə, yaxud zorakılıq təşkil etmək məqsədilə yaradılan qruplarda iştiraka görə saxlanılıblar.

Parisdə aksiya yerli vaxtla saat 15:00-da, (Bakı vaxtı ilə saat 17-də) başlayıb. Nümayiş əvvəlcə sakit keçib. Lakin təxminən 1 saat sonra aksiyaya vitrinləri sındıran, polislərə müxtəlif əşyalar atan qara paltarlı insanlar qoşulub.

Qeyd edək ki, daha əvvəl aksiyada 24 nəfərin saxlanıldığı bildirilirdi. //report

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar