A24 Xeber

Parisdə uçuşlar dayandırıldı

Parisdə uçuşlar dayandırıldı
55
18 Mart 2017 - 16:00

Paris aeroportunda insident baş verib, uçuşlar dayandırılıb, aeroport boşaldılıb.

Fransanın paytaxtı Parisdəki “Orli” hava limanında naməlum şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən hərbçiyə hücum olub.

A24.Az-ın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, naməlum şəxs hərbçinin silahını almağa cəhd göstərib. Polis naməlum şəxsi zərərsizləşdirib. Orli hava limanında uçuşlar dayandırılıb, aeroport boşaldılıb və giriş-çıxış qadağan olunub. Polis tərəfindən hava limanında axtarış aparılır.

Hadisənin terror olub-olmadığı araşdırılır.

Bundan başqa, Fransa Daxili İşlər Nazirliyi də Parisin şimalında polis məntəqəsinə silahlı hücum barədə məlumat yayıb.

Hücum nəticəsində üç polis əməkdaşı yaralanıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00