Paşinyan: "Azərbaycan prezidenti ilə görüşə dair danışıq aparılmır"

Paşinyan: “Azərbaycan prezidenti ilə görüşə dair danışıq aparılmır”
Want create site? Find Free WordPress Themes and plugins.

“Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünü dönüş nöqtəsi hesab etmirəm”.

“A24.az”ın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel hava limanında jurnalistlərin XİN rəhbərlərinin görüşündən sonra müəyyən dinamikanın və ya dəyişikliyin olub-olmaması barədə suala cavab verərkən deyib.

“Görüş, təmas olub, mahiyyətcə, bu mövzuda ilk təmasdır və birinci görüşdən hər-hansı nəticə gözləmək düzgün deyil. Görüşün özü tanışlıq, ünsiyyət baxımından əhəmiyyətlidir”, – deyə Paşinyan qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyevlə mümkün görüşə gəlincə, N.Paşinyan bu mövzuda heç bir danışıq aparılmadığını bildirib.

APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar