A24 Xeber

Paşinyan baş nazirlik xülyasında: Oliqarxlara yer verməyəcəm

Paşinyan baş nazirlik xülyasında: Oliqarxlara yer verməyəcəm
60
07 May 2018 - 22:53

Ermənistanda baş nazir vəzifəsinə namizəd, Yelk parlament fraksiyasının rəhbəri Nikol Paşinyan bu gün Ermənistanın Respublika partiyası rəhbəri Bagram Bağdasaryanla görüşüb.

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra Paşinyan jurnalistlərə açıqlama verib.

Mayın 8-də Ermənistanda baş nazir postuna namizəd üçün səsvermə keçiriləcək. Sabahkı sekilərdə hər hansı problemin olub olmayacağı sualını Paşinyan belə cavablandırıb: “Səsverməyə qədər bir problem olacağını düşünmürdüm. İndi də düşünmürəm. Bununla yanaşı demək istəyirəm ki, biz hadisələri inkişafına hər şəkildə hazırıq. Buna görə də heç bir problem görmürəm”.

Paşinyan gələcək hökumətin proqramları, planları və növbədənkənar seçkilərin mexanizmləri ilə bağlı suallara cavab verməyib.

Qeyd edib ki, hazırda parlamentdə çıxış edəcək mətni üzərində çalışır. Paşinyan həmçinin əlavə edib ki, onun hökumətində oliqarxlara yer olmayacaq.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00