A24 Xeber

Paşinyan daha bir generalı işdən çıxardı

Paşinyan daha bir generalı işdən çıxardı
21
18 İyul 2018 - 13:09

Ermənistanda baş hərbi müfəttişin müavini general-mayor Mikayel Arzumanyan işdən azad edilib.

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan bu haqda qərar imzalayıb.

Bildirilib ki, o işdən çıxma haqda özü ərizə yazıb.

Xatırladaq ki, siyasi fəaliyyətinə görə Mikayel Arzumanyan iyulun 7-də dindirilib. Qeyd edək ki, aprel ayından etibarən Mikayel Arzumanyan baş hərbi müfəttişin müavini vəzifəsini icra etməyə başlamışdı.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00