A24 Xeber

Paşinyan daha bir yeni naziri Qarabağa göndərdi – FOTO

Paşinyan daha bir yeni naziri Qarabağa göndərdi – FOTO
90
19 May 2018 - 19:18

Ermənistanın yeni mədəniyyət naziri Lilit Makunç mayın 18-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə gəlib.

A24.Az erməni mediasına istinadən xəbər verir ki, yeni nazir Xankəndində qurulan separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüb.

Görüşdə turzim və mədəniyyət sahəsinə dair bir sıra məsələlər müzakirə olunub. Qeyd edək ki, mayın 18-də Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə gəlib. Görüşdə Dağlıq Qarabağla bağlı xarici siyasətə dair bir sıra məsələlər müzakirə olunub. Mnatsakanyan görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Zöhrab Mnatsakanyan bildirib ki, Bako Saakyanla Qarabağın Ermənistan üçün əhəmiyyətindən danışıb, separatçıların təhlükəsizliyi məsələsini müzakirə edib. Ermənistanın yeni xarici işlər naziri bəyan edib ki, Dağlıq Qarabağ Ermənistanın diplomatik cəbhədə prioritetlərindən biri olacaq.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00