A24 Xeber

Paşinyan Ermənistan iqtisadiyyatını gücləndirəcək adamı tapdı – Türkiyədə – VİDEO

Paşinyan Ermənistan iqtisadiyyatını gücləndirəcək adamı tapdı – Türkiyədə – VİDEO
161
15 May 2018 - 10:48

Nikol Paşinyan Ermənistan iqtisiadiyyatına dəstək vermək üçün Türkiyədə yaşayan erməni əsilli iqtisadçı Daron Acemoğlu ilə razılığa gəlib.

“A24.az” xəbər verir ki, bu barədə keçmiş müxalifət lideri, Ermənistanın baş naziri Nikol Paşinyan şəxsi “facebook” səhifəsində məlumat yayıb.

“Erməni əsilli, tanınmış iqtisadçı Daron Acemoğlu ilə telefonda danışdıq. Ölkə iqtisadiyyatının qurulması və yüksəlməsi üçün Ermənistana kömək üçün hazır olduğunu söyləyib. Hörmətli Acemoğlu Ermənistanı ziyarət etməyi də qəbul etdi” – kimi Paşinyan fikirlərini paylaşıb.

Qeyd edək ki, 1967-ci ildə İstanbulda dünyaya gələn erməni əsilli Daron Acemoğlunun atası Kevork və anası Irma müəllim işləyib. Dünyanın ən məşhur universitetlərindən biri olan “Massachusetts İnstitute of Technology”də müəllim olaraq fəaliyyət göstərir. Türkiyə və Amerika vətəndaşıdır.

“A24.az” Türkiyə mediasında yayımlanan videoxəbəri təqdim edir:

A24.az / MTM

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00