A24 Xeber

Paşinyan: “Ermənistan müxalifəti nə qərbyönlüdür, nə rusiyayönlü”

Paşinyan: “Ermənistan müxalifəti nə qərbyönlüdür, nə rusiyayönlü”
36
25 Aprel 2018 - 0:26

“Ermənistan müxalifəti nə qərbyönlüdür, nə də rusiyayönlü. Başqa ölkələrlə münasibətlər digər dövlətlərin ziyanına inkişaf etməyəcək”.

Bunu Ermənistan müxalifətinin lideri Nikol Paşinyan çərşənbə axşamı keçirdiyi brifinqdə bildirib.

“Biz nə qərbyönlüyük, nə Rusiya, nə də iranyönlü…Heç bir ölkə ilə münasibətləri digər dövlətlərlə əlaqələrə ziyan vurmaqla inkişaf etdirməyə hazırlaşmırıq. Avropa İttifaqı, Rusiya və ABŞ-la münasibətlər bizim üçün vacibdir. Lakin onların heç biri ilə münasibətlər digərlərinə ziyan vurmaqla inkişaf etməməlidir”, – deyə Paşinyan bildirib.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan əleyhinə aksiyalar aprelin 13-də başlayıb. Müxalifət onu hakimiyyəti qeyri-effektiv idarə etməkdə və ölkədə iqtisadi vəziyyətin pisləşməsində ittiham edib. Sarkisyan aprelin 23-də vəzifəsindən istefa verib.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00