Paşinyan Ermənistan ordusundakı problemlərdən danışdı

Paşinyan Ermənistan ordusundakı problemlərdən danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

“Ermənistan Silahlı Qüvvələri baş qərargahı bildirib ki, təchizatda hər şey qaydasındadır. Amma yenə bəzi məsələlərlə xüsusilə yemək və geyimlə bağlı bəzi problemlər var”.

A24.Az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, valideynlər əsgərlərə məişət ləvazimatları almağa məcbur edilməməlidir: “Əgər əsgərlərdən valideynlərə nəyinsə çatışmadığı barədə zənglər gələrsə, dərhal Müdafiə Nazirliyinə və ya mətbuata müraciət etmək, harada və hansı problemin olduğunu çatdırmaq lazımdır”.

“Onda da biz tez reaksiya verməli və nəticə çıxarmalıyıq”, – deyə Paşinyan əlavə edib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar