A24 Xeber

Paşinyan: “Etiraz aksiyaları davam edəcək”

Paşinyan: “Etiraz aksiyaları davam edəcək”
28
25 Aprel 2018 - 1:33

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bildirib ki, ölkənin yeni dövlət başçısı hakim partiyadan deyil, xalq arasından seçilməlidir.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

O, qeyd edib ki, yaxın vaxtlarda parlamentə növbədənkənar seçkilər keçirilməlidir. Bu tələblər yerinə yetirilənə qədər aksiyaçılar küçələrdə qalacaqlar.

Bildirilir ki, Paşinyan bu barədə ölkənin baş naziri vəzifəsinin səlahiyyətlərini müvcəqqəti icra edən Karen Karapetyanla sabah – çərşənbə günü nəzərdə tutulan görüş ərəfəsində bildirib. Paşinyanın rəhbərlik etdiyi partiyanın mətbuat katibi Tiqran Avinyan isə bildirib ki, tərəflər arasında görüş təxirə salınıb. Onun nə vaxt baş tutacağı isə məlum deyil.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00