Paşinyan işdən qovduğu generala vəzifə verdi

Paşinyan işdən qovduğu generala vəzifə verdi
Want create site? Find Free WordPress Themes and plugins.

Movses Akopyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin vəzifəsindən azad edilib.

A24.Az erməni mətbuatına istinadə xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan müvafiq fərman imzalayıb.

Baş nazir Nikol Paşinyan bildirib ki, Akopyan yeni vəzifəyə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilir. Ermənistanın baş naziri Nikol Paşinyanın müvafiq qərarı ilə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəhbəri Movses Akopyan baş hərbi müfəttiş vəzifəsinə təyin olunub.

Paşinyan bildirib ki, günün sonuna qədər Baş Qərargahın yeni rəhbərinin adı elan olunacaq.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar