A24 Xeber

Paşinyan Karapetyanı otelə dəvət etdi: Saat 12-də…

Paşinyan Karapetyanı otelə dəvət etdi: Saat 12-də…
96
26 Aprel 2018 - 22:33

Yerevanda Respublika meydanında günlərdir keçirilən mitinq hələ də davam edir.

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, keçirilən mitinqin təşkilatçısı Ermənistan parlamentinin deputat Nikol Paşinyan danışıqları davam etdirməyə hazır olduğunu bildirib. “Əvvəl də olduğu kimi indi də bildirirəm ki, qarşılıqlı anlaşma prosesinə hazıram, fəqət bizim irəli sürdüyümüz başlıqlar altında”, -deyə N.Paşinyan bildirib.

Əlavə edib ki, sabah saat 12-də Karen Karapetyanı Armenia Marriot otelinə dəvət edirəm: “Fərqi yoxdu kim olur olsun, bizim görüşlərimizdə jurnalsitlər iştirak etməlidirlər. Bu bizim qəti tələbimizidir. Respublikas partiyası ilə danışıqları bağlı qapı arxasında, gizli şəraitdə keçirmək fikrində deyiləm”, – deyə N.Paşinyan vurğulayıb.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00