A24 Xeber

Paşinyan Koçaryan və Sarqsyanı “siyasi meyit” adlandırdı

Paşinyan Koçaryan və Sarqsyanı “siyasi meyit” adlandırdı
30
16 Sentyabr 2018 - 11:04

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, sabiq prezidentlər Robert Koçaryan və Serj Sarqsyan siyasi meyitdir.

“A24.az” erməni KİV-inə istinadən xəbər verir ki, bunu o, Nor-Nork rayonunda seçiciləri ilə görüşündə deyib.

“Ermənistanda Robert Koçaryan adında siyasi amil yoxdur. Həm Serj Sarqsyan, həm də Robert Koçaryan və onların ətrafı siyasi meyitdirlər. Lakin bu, siyasi meyitlərin qanun qarşısında məsuliyyət daşımamaları anlamına gəlmir. Və bu, özlüyündə hər şeyi deyir”, – deyə o əlavə edib.

Ermənistan hökumətinin rəhbəri Koçaryanın bu yaxınlarda onun barəsində dediyi “Paşinyan mənimlə mübarizə apardığına görə peşman olacaq” sözlərini şərh edib.

“Cənab Koçaryan bununla siyasi prosesləri qavramaq səviyyəsini nümayiş etdirir. Bu, onlar üçün küçə davası deyil ki, döyülən tərəf gedərkən, “sən peşman olacaqsan!” desin”, – deyə Paşinyan bildirib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00