A24 Xeber

Paşinyan yeni müdafiə nazirini təyin etdi

Paşinyan yeni müdafiə nazirini təyin etdi
33
11 May 2018 - 13:38

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni müdafiə nazirini təyin edib.

“A24.az”ın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu vəzifəyə fövqəladə hallar nazirinin vəzifələrini icra edən David Tonoyan təyin olunub.

N.Paşinyan bu barədə qərarı Ermənistan Nazirlər Kabinetinin bugünkü iclasında verib. İclas zamanı hökumətin digər üzvlərinin də təyin olunacağı bildirilib.

Qeyd edək ki, bundan öncə Ermənistanda müdafiə naziri Vigen Sarkisyan olub.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00