A24 Xeber

Paşinyandan geri addım: İstefa verirəm

Paşinyandan geri addım: İstefa verirəm
66
05 May 2018 - 21:50

Ermənistandakı etiraz aksiyalarının lideri Nikol Paşinyan baş nazir seçiləcəyi təqdirdə milli razılıq hökuməti yaratmağa çalışacağını açıqlayıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Ermənistanda konstitusiyanın iki dövr dövlət başçılığı ilə məhdudlaşdırılmasını doldurulmasından sonra ölkə parlamentli sistemə keçirib baş nazir kürsüsünə əyləşən Serj Sərkisyanın istefasından sonra parlamentin baş nazir seçməməsi sonrası böhranın necə aradan qaldırılacağı müzakirə edilir. Etirazçıların baş nazir postuna yeganə namizəd olaraq göstərdikləri Nikol Paşinyan, qurulacaq nazirlər kabinetində kimlərin yer alacağı barədə bir neçə fərqli alternativ olduğunu, ancaq hökumət seçkisinin siyasi vəziyyətdən asılı olacağını deyib.

“Həqiqətən demokratik, qanuni və şəffaf seçkilərin keçirilməsi üçün tam şəraitin yarandığını gördüyüm zaman istefa verəcəyəm”, – deyə Paşinyan bildirib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00