A24 Xeber

Paşinyanın baş nazir postuna namizədliyi irəli sürülüb

Paşinyanın baş nazir postuna namizədliyi irəli sürülüb
18
30 Aprel 2018 - 12:05

Ermənistan parlamentinin “Yelk” (Çıxış) fraksiyası baş nazir vəzifəsinə Nikol Paşinyanın namizədliyini irəli sürüb.

A24.Az xəbər verir ki, bu barədə fraksiyanın üzvü Edmon Marukyan bildirib.

N. Paşinyan deyib ki, baş nazir təyin edilərsə, ilk növbədə qanuni, azad və ədalətli parlament seçkilərinin keçirilməsinə hazırlıqla məşğul olacaq.

 Məsələyə parlamentin 1 may tarixli iclasında baxılacaq. “Çıxış” fraksiyasından başqa, Qagik Tsarukyanın bloku və Daşnaksutyun da N. Paşinyanı dəstəkləyir. Onların hamısının birlikdə 47 səsi var. Baş nazir seçilmək üçün 53 səs tələb olunur. 58 mandata malik Respublika Partiyası səsverməyə qatılacağını, lakin namizəd irəli sürməyəcəyini açıqlayıb. RP fraksyasının bəzi üzvlərinin Paşinyana səs verəcəyi gözlənilir.
(APA)
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00