Paşinyanın oğlu Qarabağa getdi:  Hərbi xidmət üçün 

Paşinyanın oğlu Qarabağa getdi:  Hərbi xidmət üçün
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan müddətli həqiqi hərbi xidmətə yollanıb. O, xidmətini Qarabağda keçəcək.

A24.Az xəbər verir ki, bu məlumatı Ermənistanın İctimai televiziyasının informasiya şöbəsinin müdiri Vaaqn Tevosyan “Facebook” hesabında yazıb.

Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan vətəndaşlarının Azərbaycanın işğal olunmuş torpaqlarında xidmət keçməsi beynəlxalq hüquq və normalarının, hətta Ermənistan qanunlarının pozulması deməkdir.

Azərbaycanlı ekspertlərin fikrincə, Paşinyan oğlunun başı ilə risk edir. Aşot Paşinyan işğal olunmuş Qarabağ ərazisində erməni tərəfinin atəşkəsi pozması halında Azərbaycan tərəfinin cavab atəşi açması zamanı alnından güllələnə bilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar