Paşinyanın tərəfdarları aksiyaları davam etdirəcəklər

Paşinyanın tərəfdarları aksiyaları davam etdirəcəklər
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanda hakim Respublika partiyasının baş nazir postuna namizəd irəli sürməyəcəyinə dair bəyanat verməsinə baxmayaraq, müxalifətçi deputat Nikol Paşinyanın tərəfdarları aksiyaları davam etdirəcəklər.

Bu barədə Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının mətbuat katibi Tiqran Avinyan bildirib.

“Biz planlarımızı dəyişməyəcəyik, etiraz aksiyalarını davam etdirəcəyik. Şarmazanovun bəyanatı kifayət etmir. Respublika partiyası Nikol Paşinyana açıq-aydın dəstək nümayiş etdirməlidir”, – deyə o qeyd edib.

 Qeyd edək ki, Ermənistanda sabiq prezident və sabiq baş nazir Serj Sərkisyanın lideri olduğu hakim Respublika Partiyası baş nazir postuna namizəd irəli sürməyəcək.

Bunu bu gün parlamentin vitse-prezidenti, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib. //apa

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar