A24 Xeber

Paytaxtın mərkəzi küçələrindən birində hərəkət sxemində dəyişiklik edildi – Geriyə dönmək olmayacaq – FOTO

Paytaxtın mərkəzi küçələrindən birində hərəkət sxemində dəyişiklik edildi – Geriyə dönmək olmayacaq – FOTO
599
25 Mart 2017 - 17:21

Bu küçədə geriyə dönmək üçün Cavanşir körpüsünün altında gəlmək lazım olacaq

Paytaxtın Yusif Səfərov küçəsində, xüsusən də onun Afiyyədin Cəlilov küçəsi ilə kəsişməsində hərəkət sxeminə ciddi dəyişiklik edilir.
A24.Az avtosfer.az-a istinadla xəbər verir ki, bir müddət öncə Y.Səfərov küçəsində Şah İsmayıl Xətainin abidəsinin arxasında geriyə dönmə yeri ləğv olundu. Yeni sxem bu geriyə dönmə yerinin əvəzlənməsindən və bəzi digər dəyişikliklərdən ibarətdir. Əsas dəyişikliklər bunlardır:
1. Bundan sonra Y.Səfərov küçəsi ilə A.Cəlilov küçəsinə doğru gələnlər, xüsusən də Nizami küçəsindən Y.Səfərov küçəsinə çıxıb daha sonra geriyə – aeroport yoluna tərəf dönmək istəyənlər Cavanşir körpüsünədək gələcəklər, körpüyə qalxmadan onun yanı ilə sağa (DYP-nin oradakı cərimə meydançasına tərəf) dönəcəklər. Təxminən 50-60 metr qabaqda körpünün altında geriyə dönmə edəcəklər və Y.Səfərov küçəsi ilə A.Cəlilov küçəsin kəsişməsinə qayıdacaqlar. Orada yolayrıcı tam yenidən təşkil olunur və belə geriyə dönmə edənlər svetoforun eyni fazasında Y.Səfərov küçəsinə sola dönərək aeroport yolu istiqamətində rahat hərəkət edə biləcəklər. Bu dəyişiklik Nizami küçəsi ilə Y.Səfərov küçəsinə çıxan və əvvəlki yerdə geriyə dönənlərin işini xeyli asanlaşdıracaq. Həmin geriyə dönmə yerində əvvəllər müşahidə edilən nizamsızlıq, kütləvi qayda pozuntusu, tıxac və ləngimə azalacaq.
2. Neftçilər prospekti ilə gəlib Y.Səfərov küçəsinə dönənlər artıq A.Cəlilov küçəsi ilə kəsişmədə Cavanşir körpüsünə çıxa bilməyəcəklər (yəni burada sola dönmə qadağan olunur). Həmin kəsişmədə Y.Səfərov küçəsi ilə yalnız düzünə hərəkət etmək olacaq. Neftçilər prospekti ilə gəlib, Cavanşir körpüsündən mərkəzə qayıtmaq istəyənlər ya Bakı Baş Polis İdarəsinin qabağınadək gedib oradan geriyə dönməlidirlər, ya da Neftçilər prospekti ilə Nobel prospektinə doğru düz gedib (Y.Səfərov küçəsinə dönmədən) “AMAY”a çatmamış sola – A.Cəlilov küçəsinə dönməlidirlər və bu küçə ilə Cavanşir körpüsünə qalxaraq mərkəzə doğru getməlidirlər.
3. Y.Səfərov küçəsinin aeroport yoluna doğru gedən tərəfinə xüsusi avtobus zolağı da çəkilir. Sürücülər bu zolağın da hərəkət rejimini nəzərə almalıdırlar. Əslində bu zolaq heç bir yeni problem yaratmayacaq, çünki Y.Səfərov küçəsinin həmin tərəfində bütün giriş-çıxış yerlərində yola daxil olmaq və yoldan çıxmaq üçün yerlər qoyulub. Həmin tərəfdə dayanma və durmanın qadağan olunduğu sahələr isə elə əvvəlki kimi qalacaq.
Məndə olan məlumata görə, yeniliklər Bakı Nəqliyyat Agentliyinin, Bakı şəhər DYP İdarəsinin və “Azəravtoyol” ASC-nin birgə ideyasıdır. Y.Səfərov küçəsinin hazırda bağlı olan tərəfində və A.Cəllov küçəsi ilə kəsişmədə görülən işlər bu axşam başa çatmalı və həmin sahədə hərəkət sabahdan bərpa olunmalıdır. Amma Y.Səfərov küçəsinin mərkəzə doğru gələn tərəfində nişanların və xətlərin tətbiqi işi hələ ki, yekunlaşmayıb.
Məncə, yeni sxem Y.Səfərov küçəsinin Nizami və A.Cəllov küçələri, habelə Xocalı prospektləri ilə kəsişmə və birləşmə yerlərində gərginliyi azaldacaq, amma bu küçənin Babək və Heydər Əliyev prospektləri ilə birləşdiyi yerdə vəziyyət hələ ki, olduğu kimi qalacaq.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00