A24 Xeber

Paytaxtın tıxac olan YOLLARI- SİYAHI

Paytaxtın tıxac olan YOLLARI- SİYAHI
41
14 Sentyabr 2018 - 19:40

15 sentyabr – Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi paradla əlaqədar hazırda bir sıra mərkəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyi A24.Az-a verilən məlumata görə, bu səbəbdən hazırda Heydər Əliyev və Babək prospektlərinin kəsişməsi, Xətai, Bülbül, prospektləri, Koroğlu Rəhimov, Bakıxanov, 28 may, Yusif Səfərov, Səməd Vurğun, Gulayə Qədirbəyova və digər mərkəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Sıxlıqla əlaqədar olaraq şəhərin mərkəzi hissəsində hərəkət edən müntəzəm marşrut xətti üzrə avtobusların intervalında gecikmələr müşahidə edilir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00