Penitensiar Xidmətdə referenduma hazırlıqla bağlı müşavirə olub

Penitensiar Xidmətdə referenduma hazırlıqla bağlı müşavirə olub
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi – referendum ilə əlaqədar ədliyyə nazirinin müavini, Penitensiar Xidmət rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun əmri ilə təsdiq edilmiş tədbirlər planının icrası istiqamətində Penitensiar Xidmətin tərbiyə işinin təşkili sahəsində fəaliyyət göstərən əməkdaşların iştirakı ilə müşavirə olub.

“A24.az”-ın məlumatına görə, Penitensiar Xidmətdən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Referendum Aktı layihəsinin mahiyyəti və əhəmiyyəti, Konstitusiyada 18 maddənin müvafiq hissələrinin çıxarılması, yeni 6 maddənin əlavə edilməsi, 24 maddəyə dəyişiklik olunması barədə penitensiar müəssisələrdə həbs edilmiş şəxslərə və məhkumlara geniş izahat verilməsinin zəruriliyi diqqətə çatdırılıb. Eyni zamanda, mərkəzi və dairə seçki komissiyalarından referendumla bağlı sənədlərin və əyani təbliğat vasitələrinin alınması, maarifləndirmə məqsədilə məlumat guşələrinin, radio və televiziya verilişlərini izləmək üçün müvafiq şəraitin yaradılması, onların Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilmiş vəsiqə nümunələri ilə təmin edilməsi, səs vermək hüququ olan şəxslərin siyahılarının tərtib olunması və vaxtında dairə seçki komissiyalarına göndərilməsi, səsvermə prosesini təşkil edən və müşahidəsini aparacaq şəxslərin penitensiar müəssisələrə daxil olması qaydalarına əməl edilməsi məqsədilə müəssisələrin mühafizəsini həyata keçirən bölük komandirləri ilə treninqlərin keçirilməsinin vacibliyi və müvafiq tədbirlər planında nəzərdə tutulmuş göstərişlər vurğulanıb.

Eyni zamanda, hərbiləşdirilmiş qurumlarda və penitensiar müəssisələrdə səsvermənin qanunvericiliyə uyğun keçirilməsi, səsvermə prosesində iştirak еdəcək məntəqə seçki komissiyası üzvlərinin, müşahidə etmək hüququ olan şəxslərin, hərbi qulluqçuların, həbs olunan şəxslərin və məhkumların təhlükəsizliyinin təmini məqsədilə zəruri tədbirlərin görülməsi, üzərilərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün müvafiq şəraitin yaradılması müşavirə iştirakçılarınım nəzərinə çatdırılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar