Pensiya yaşına çatanlara ŞAD XƏBƏR: Sənəd toplanmasına ehtiyac qalmayacaq-YENİLİK

Pensiya yaşına çatanlara ŞAD XƏBƏR: Sənəd toplanmasına ehtiyac qalmayacaq- YENİLİK
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda pensiya yaşına çatan şəxsin müxtəlif idarələrdən sənəd toplmasına ehtiyac qalmayacaq.

A24.Az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı vətəndaşın telefonuna SMS ilə xəbərdarlıq ediləcək və pensiyasının məbləği qeyd olunacaq.
Bütün bunlar ölkə başçısının ötən gün imzaladığı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərmanında öz əksini tapıb.

Bunun üçün isə qanunvericiliyə dəyişiklik edilməlidir və hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflər hazırlanır.

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” yaradılacaq. Bu sistem, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılmasını nəzərdə tutur. Əsas məqsəd insan faktorunun minimuma endirməklə neqativ halların qarşısını almaqdır.

Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərində təqdim edilməsi məqsədi ilə “e-sosial” internet portalının üç ay müddətində yaradılması planlaşdırılır.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar