Pentaqondan “Zeytun budağı” açıqlaması: “Türkiyə Mənbiçə girərsə...”

Pentaqondan “Zeytun budağı” açıqlaması: “Türkiyə Münbiçə girərsə…”
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ Müdafiə Nazirliyi Pentaqonun sözçüsü Erik Pahon Türkiyənin Afrində terrorçulara qarşı davam edən “Zeytun budağı” əməliyyatı ilə bağlı açıqlama verib.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Pahon açıqlamasında “türklərin Afrindən Mənbiçə girməyəcəyinə ümid edirik” deyib. Həmçinin o, Suriya Demokratik Qüvvələrindən ayrılıb Afrinə döyüşməyə gedən birliklərə də dəstək verilməyəcəyini söyləyib:

“Türklərin Afrindən Mənbiçə girməyəcəyinə ümid edirik. Bu mövzuda həqiqətən də narahatıq. Bunun İŞİD-lə mübarizəni relsdən çıxarma təsiri var. Bu, bugünə qədər ortaya qoyduğumuz işlərin böyük ölçüdə diqqətləri dağıdacaq bir şeydir. Türkiyənin terrorizm və sərhədlərindəki terror təşkilatları ilə  bağlı ciddi narahatlıqlarının olduğunu anlayırıq. Bunu görürük. Türkiyə ilə əlimizdən gəldiyi qədər birlikdə çalışırıq, ancaq bu əməliyyat (“Zeytun budağı”) İŞİD-ə qarşı qazandıqlarımızın bir hissəsini itirməyimizə səbəb olacaq təsir gücü daşıyır.

Davamlı olaraq təmaslardayıq. Suriya kimi qarışıqlığın olduğu döyüş bölgəsində siyasət hər zaman açardır. Hər iki tərəfə də gərginliyin daha da yüksəlməməsi və diqqətləri İŞİD-dən dağıtmamaları üçün çağırış etdik. Bildiyiniz kimi biz Afrində yoxuq. Orda olanlar bizim dəstəklədiyimiz qüvvələr arasında deyillər. Suriyada bu günə qədər nisbətən təhlükəsiz mühitdə olan Mənbiçdə qazandıqlarımızı qorumaq çox əhəmiyyətlidir”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar