Pep Qvardiola: "Mən pis insanam, itəm"

Pep Qvardiola: “Mən pis insanam, itəm”
Want create site? Find Free WordPress Themes and plugins.

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo ilə problemləri olan Paul Poqba “Mançester Siti”yə təklif edilib.

A24.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola açıqlama verib.

İspaniyalı mütəxəssis bildirib ki, 105 milyon avroluq transferlə yanaşı, “Mançester Yunayted”in sabiq üzvü, hazırda “Arsenal”da çıxış edən Henrix Mxıtaryan da onlara təklif edilib: “İki ay əvvəl Mino Raiola (hər iki futbolçunun meneceri) ikisini də mənə təklif etdi. Poqba inanılmaz, yüksək səviyyəli futbolçudu”.

Qvardiola bir neçə gün əvvəl onu tənqid edən və “qorxaq, it” deyən Mino Raiola ilə bağlı açıqlamalarını davam etdirərək kinayə ilə “O, oyunçularını qorumalı və mənim kimi bir itə onları gətirməməsinin vacib olduğunu bilməlidi” deyib.

İspaniyalı mütəxəssis daha sonra bunları qeyd edib: “Məni itlərlə müqayisə etməsi pis bir şeydi. İtlərə hörmət edilməlidi. Sonda insanlar mənim sirrimi öyrəndi. Məni pis bir insanam və qorxağam. Yaxşı insan deyiləm və onun oyunçuları daha yaxşıları ilə oynamalıdı. Amma mənim yüksək səviyyəli bir mütəxəssis olduğumu söyləyib. Bunun üçün təşəkkür edirəm”.

Qvardiolanın açıqlamasına Paul Poqbanın açıqlaması gecikməyib. O, “Instagram” hesabından etdiyi paylaşımda “Nə dedin” sualını verib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar