A24 Xeber

Peru – Antik dünya

Tüksüz itlərin vətəni…

Peru – Antik dünya
80
04 İyun 2015 - 0:39

Dünyanın yeddi möcüzəsindən Maçu Piçu antik şəhəri, Titikaka gölündəki üzən adaları, Amazon meşələri Cənubi Amerika ölkəsi Peruya marağı artırır.

“A24.az” saytını xəbər verir ki, tarixin ən sirrli mədəniyyətlərindən biri olan İnklərin möhtəşəm əsərlərini görmək və Amazon meşələrindəki vəhşi həyatı görmək üçün dünyanın dörd tərəfindən milyonlarla turist hər il Perunu ziyarət edir.

Dünya Səyahət və Turizm Şurasının məlumatlarına görə, 2014-ci ildə 3.8 milyondan çox turist qəbul edən ölkəyə 2024-ci ildə 5.8 milyondan çox adamın gəlməsi gözlənilir.

Yol polislərinin böyük hissəsi qadın olan, Lamanın ana vətəni və dünyanın ən əhəmiyyətli quş izləmə mərkəzlərindən olan Peru, mənşəyi İnk dövrünə gedən tüksüz itləri ilə dünyanın hər bölgəsindən turistləri cəlb edir. Peruda əsas ziyarət edilən yerlərdən bəziləri paytaxt Lima, Kusko, Puno, Maçu Piçu və Amazon meşələridir.

Tarixi binalarla yanaşı çox sayda muzeyə sahib olan Perunun paytaxtı Lima dəniz və şirin su balıqçılığı, sörf və külək sörfü əyləncələriylə turistləri qəbul edir. Demək olar ki, Perunu ziyarət edən bütün turistlərin gəldiyi Limada gözəl dəniz restoranları var. Alış-veriş mağazalarıyla dolu şəhər küçələri demək olar hər gün bir-birindən rəngli festivallara ev sahibliyi edir.

Tarixi İnk imperatorluğunun paytaxtı Kusko 3416 metrlik yüksəkliyi ilə turistlərə adrenalin yaşadır. Hündürlük səbəbiylə And dağlarının ortasında yerləşən Kuskoya gələn təyyarələr sanki şəhərin hava limanına enmir, sadəcə düşür.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00