A24 Xeber

Perunun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Perunun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
29
11 May 2018 - 20:09

Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

A24.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:

“Zati-aliləri cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Peru Hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyir, Peru ilə Azərbaycan arasında siyasi, diplomatik, iqtisadi, ticari əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsini arzu edirəm.

Zati-aliləri, Sizə bir daha dərin hörmət və ehtiramımı bildirirəm”.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00