Peşə hazırlığında ELEKTRON SİSTEM tətbiq ediləcək

Peşə hazırlığında ELEKTRON SİSTEM tətbiq ediləcək
Want create site? Find Free WordPress Themes and plugins.

Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyində əhalinin məşğulluğu sahəsində siyasətin və icra mexanizmlərinin təkmilləşdirilməsi, özünüməşğulluq proqramının səmərəliliyinin artırılması üzrə təkliflərin hazırlanması üçün yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “A24.Az”a verilən məlumata görə, İşçi Qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli məşğulluq orqanları tərəfindən əhaliyə göstərilən xidmətlərin səmərəli təşkilinin, məşğulluq xidmətləri üzrə fəaliyyətin nümunəvi xidmət konsepsiyasına uyğun qurulmasının əsas hədəflərdən olduğunu qeyd edib.

Nazir müavini, ilk növbədə, fəaliyyət zamanı qarşıya çıxan və konkret nəticələrin əldə olunmasına mane olan problemlərin müəyyən olunmasının, bu məqsədlə məşğulluq orqanları tərəfindən müvafiq təkliflərin verilməsinin vacibliyini diqqətə çatdırıb.

İşçi Qrup tərəfindən konkret istiqamətlər üzrə görüləcək işlərdən bəhs edən M.Kərimli məşğulluq xidmətləri sferasında şəffaflığın və xidmətlərin çevik təşkilinin təmin olunması üçün əsasən bu xidmətlərin elektron müstəvidə qurulması məsələsinə toxunub. Nazir müavini bildirib ki, işsizlikdən sığorta ödənişinin verilməsi prosedurunun da elektron qaydada təşkili imkanları nəzərdən keçirilməlidir. Bu, qeyd olunan ödəniş növünün təyinatı və ödənilməsi prosesinin tam şəffaflaşmasına və xeyli sadələşdirilməsinə səbəb ola bilər.

Nazir müavini həmçinin işsiz və işaxtaranların məşğulluq orqanları tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması sahəsində işlərin keyfiyyətinin və səmərəliliyinin artırılması, eləcə də, bu kursların keçirilməsi və nəticələri barədə hesabatlılığın təmin olunması üçün İşçi qrupu tərəfindən görüləcək işləri qeyd edib. M.Kərimli, eyni zamanda, peşə hazırlığına cəlb olunmaq üçün elektron qaydada müraciət sisteminin tətbiq edilməsinin məqsədəuyğun ola biləcəyini vurğulayıb.

İclasda özünüməşğulluq proqramının ünvanlı sosial yardım proqramı ilə əlaqəli icrası və ünvanlı sosial yardımı alan aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluq proqramına cəlb olunması sahəsində tədbirlərin səmərəli təşkili, proqramın ünvanlılığının qiymətləndirilməsi üzrə monitorinq sisteminin, Məşğulluq Mərkəzlərinin fəaliyyətinin qiymətləndirilməsi mexanizminin formalaşdırılması və s. istiqamətlərdə görüləcək işlər müzakirə olunub. İşçi Qrupun üzvlərinə konkret tapşırıqlar verilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar