Peskov: ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyaları qəbul etmirik

Peskov: ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyaları qəbul etmirik
Want create site? Find Free WordPress Themes and plugins.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Rusiyay qarşı sanksiyaları qəbul etmədiklərini bildirib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın keçmiş rus agenti Sergey Skripal və qızının Böyük Britaniyada zəhərlənməsi hadisəsiylə əlaqədar olaraq, Moskvaya tətbiq etdiyi yeni sanksiyaları qətiyyən qəbul edilməz və hüquqdan kənar olduğunu söyləyib. ABŞ Xarici İşlər Nazirliyi, Rusiyanın Salisburydə kimyəvi silah istifadə etdiyi istiqamətindəki iddialarla bağlı olaraq 22 avqustda Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Bugünkü mətbuat konfransında ABŞ-ın yeni sanksiya addımını dəyərləndirən Peskov, “Salisbury işilə əlaqədar olaraq yeni sanksiya tətbiq olunmasına qətiyyən qəbul edilməz və əvvəldən olduğu kimi hüquqdan kənar olduğunu bildiririk. Rusiyanın Salisbury bölgəsində baş verənlərlə bağlı səsləndirilən ittihamları qətiyyətlə rədd edirik. Bu, söz mövzusu belə ola bilməz”, – deyə bildirib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar