Peskov: ABŞ-ın səfirliyi Qüdsə köçürməsindən narahatıq

Peskov: ABŞ-ın səfirliyi Qüdsə köçürməsindən narahatıq
Want create site? Find Free WordPress Themes and plugins.

Kremlin sözçüsü Dmitri Peskov, ABŞ-ın Təl-Əvivdəki səfirliyini mübahisəli bir şəkildə Qüdsə köçürülməsinin, regiondakı gərginliyi artıracağından narahat olduqlarını deyib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Peskovdan, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarından sonra ölkənin Təl-Əvivdəki səfirliyinin Qüdsə daşınmasının bölgədəki gərginliyin şiddətlənməsinə səbəb olacağından narahat olub, olmadıqları soruşulub. Kreml Sözçüsü bu sual qarşısında, “Bəli, bu cür narahatlıqlarımız var. Bunu daha əvvəldə demişdik”, – deyə bildirib.

ABŞ-ın Qüdsdəki səfirliyinin bugünkü açılış mərasiminə, ABŞ prezidenti Donald Trampın qızı Ivanka Trump və kürəkəni Jared Kushnerin da aralarında olduğu yüksək səviyyəli rəsmilərin iştirakı planlaşdırılır. Tədbirin saat 16.00-da başlaması gözlənilir.

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar