"Peskov boş-boş danışır" deyən Putinə Kreml sözçüsündən CAVAB

“Peskov boş-boş danışır” deyən Putinə Kreml sözçüsündən CAVAB
Want create site? Find Free WordPress Themes and plugins.

Rəsmi Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin “Peskov bəzən boş-boş danışır” ifadəsinə münasibət bildirib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Peskov Putinin müəyyən məsələlərlə bağlı tənqidlərinin işin bir parçası olduğunu deyib.

Peskov həmçinin Putinin vasvası bir rəhbər olduğunu da diqqətə çatdırıb:

“Putin belə insan olduğu üçün bunları işimizin bir hissəsi sayıram. İradlar bəzən daha sərt, bəzən daha yüngül olur. Yəqin ki, rəhbərləri tərəfindən tənqid edilməyən bir mətbuat katibi yoxdur. Tənqid olunmursa, demək, o şəxs heç bir şey etməyən bir mətbuat katibidir”, – deyə Kremlin sözçüsü əlavə edib.

Peskov həmçinin əlavə edib ki, o çıxışlar zamanı şəxsi fikirlərini deyil, Kremlin mövqelərini dilə gətirir.

Qeyd edək ki, Putin bir müddət əvvəl mətbauta müsahibəsində bildirmişdi ki, Kremldə çalışan hər kəsin söhbətlərini nəzarət edə bilməz. O həmçinin, Peskovun da bəzən boş-boş danışdığını söyləmişdi.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar