A24 Xeber

Peskov: Britaniya üzr istəməlidir

Peskov: Britaniya üzr istəməlidir
15
04 Aprel 2018 - 1:34

Böyük Britaniya keçmiş kəşfiyyat polkovniki Serqey Skripal və onun qızının zəhərlənməsi ilə əlaqədar Rusiyanı ittiham etdiyinə görə üzr istəməlidir.

A24.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov açıqlama verib.

Peskovun sözlərinə görə, Britaniya tərəfinin nəzəriyyəsini isbat etmək mümkünsüzdür və Moskva Skripalın zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığını əvvəldən bilirdi.

“Şübhəsiz ki, bu məsələni çox uzatdılar, bu marazm çox uzağa getdi. Bunun dərhal bitən məsələ olmadığına təəsüflənirik”deyə Peskov qeyd edib.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00