A24 Xeber

Peskov Ermənistanda baş qaldıran etirazlar barəsində: “Hadisələri izləyirik”

Peskov Ermənistanda baş qaldıran etirazlar barəsində: “Hadisələri izləyirik”
31
18 Aprel 2018 - 14:47

“Kreml Ermənistanda baş verən hadisələri izləyir. Hər şeyin qanun çərçivəsində keçəcəyinə ümid edirik”.

“A24.az” “RİA-Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Moskvanın Yerevandakı etiraz aksiyalarını izləməsi ilə bağlı sualına cavab verərkən deyib.

Kreml nümayəndəsi bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin dünən Serj Sarqsyanın Ermənistanın baş naziri seçilməsi münasibətilə ona təbrik teleqramı göndərib, sonra isə onlar arasında telefon danışığı baş tutub.

Öz növbəsində, ABŞ Dövlət Departamenti də Ermənistandakı etirazlara münasibət bildirib. “Polis və etirazçılar arasında ara-sıra toqquşmalar yaranması və nəticədə xəsarət alanların olması barədə məlumatlardan narahatıq. Tərəfləri təmkinli olmağa və vəziyyəti gərginləşdirməkdən və zorakı hərəkətlərdən çəkinməyə çağırırıq”, – Dövlət Departamentinin bəyanatında deyilir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00