Peskov Kiyevdə öldürülən jurnalistdən danışdı

Peskov Kiyevdə öldürülən jurnalistdən danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, bu gün keçirilən mətbuat konfransında Kiyevdə evinin yaxınlığında başından vurularaq öldürüldüyü açıqlanan müxalif rus jurnalist Arkadiy Babçenkonun vəziyyəti ilə bağlı sualları cavablandırıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Babçenkonun sağ olması haqda şərh vermək istəmədiyini bildirən Peskov, Ukraynada rus jurnalist üçün hazırlanan “teatr tamaşasının” qəribə olduğunu qeyd edib.

Peskov bildirib ki, bu “teatr tamaşasının” yüngül təbirlə qəribə sayıram. Bunun məqsədinə nə qədər xidmət etdiyini bilmirəm, ancaq Allaha şükür ki, insan həyatdadır. Həmçinin Peskov, Babçenkonun həyatda olmasının Rusiyanın Ukraynaya baxışını dəyişmədiyini vurğulayıb: “Moskva rəhbərliyi, hələ də Ukraynada jurnalist olmağın təhlükəli olduğunu düşünür”. Xatırladaq ki, Ukrayna Daxili İşlər Nazirliyi paytaxt Kiyevdə televiziya kanallarından birinin aparıcısı olan rus vətəndaşı Babçenkonun öldürüldüyünü açıqlamışdı. Babçenko, dünən Ukraynanın Təhlükəsizlik Xidmətində mətbuat konfransı keçirərək özü üçün təşkil olunan cinayət planını əngəlləmək üçün Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyata daxil edildiyini bildirmişdi.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar