Peskovdan konkret AÇIQLAMA: "Rusiya-ABŞ münasibətlərinin istiləşməsindən danışmaq hələ tezdir"

Peskovdan konkret AÇIQLAMA: “Rusiya-ABŞ münasibətlərinin istiləşməsindən danışmaq hələ tezdir”
Want create site? Find Free WordPress Themes and plugins.

“Rusiya-ABŞ münasibətlərinin istiləşməsindən danışmaq hələ tezdir”.

A24.Az xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Gəlin, münasibətlərdə istiləşmədən danışanda, tələsməyək. Sözsüz ki, təmasların intensivləşməsi məmnunedici faktdır. Lakin istiləşmədən danışmaq hələ tezdir”, – deyə D. Peskov ABŞ senatorlarının Rusiyaya səfəri zamanı prezident Putinin onlarla görüşməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala cavabında vurğulayıb.
Qeyd edək ki, iyulun 16-da Finlandiya paytaxtı Helsinki şəhərində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş keçiriləcək. Görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafı perspektivləri və beynəlxalq gündəmdə olan aktual məsələlər müzakirə olunacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar