“Petek ağzına gələni danışır…” - İcra başçısı

“Petek ağzına gələni danışır…” – İcra başçısı
Want create site? Find Free WordPress Themes and plugins.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov türkiyəli müğənni müğənni Petek Dinçözə torpaq verməsi barədə yayılan xəbərə münasibət bildirib. 

“A24.az” xəbər verir ki, o, “bizimyol”a açıqlamasında məlumatın yalan olduğunu söyləyib: “Petek xanımdı da, şou-biznes əhlidir, ağzına gələni deyib. Belə bir şey ola bilməz. Sizcə, bu, nə dərəcədə düzgündür? İcra hakimiyyəti torpaq vermir, torpağı bələdiyyə verir, onlar da verməyib, belə bir şey yoxdur. Olsa idi bu rəsmi olmalı idi. Bundan başqa xarici vətəndaşın burada torpaq alması mümkün deyil.”

Daha sonra Elxan Usubov bunları deyib: “Petek xanım ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə burda konsert verib. Konsertin təşkilatçıları Şəki Şəhər İcra Hakimiyyəti və “ARB” kanalı olub. Bu xanım da bu əsasla burada konsert verib. Ona burada heç kim torpaq verməyəcək, belə bir şey ola bilməz”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar