Peterburqda Putin və Makron görüşdü

Peterburqda Putin və Makron görüşdü
Want create site? Find Free WordPress Themes and plugins.

Sankt-Peterburqda Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emanuel Makron arasında görüş keçirilib.

Konstantinovskiy sarayında keçirilən görüşdə Putin fransalı həmkarına Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak üçün dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib: “Biz bu imkandan istifadə edərək Rusiya-Fransa əlaqələri haqqında geniş müzakirələr aparacağıq. Bu gün bütün çətinliklərə baxmayaraq iki ölkə arasında münasibətlər inkişaf edir, ticarət dövriyyəsi 25 faiz artıb. Əlbəttə ki, bugünkü görüşdə Fransa və Rusiyanın qərarlarında maraqlı olduğu əsas beynəlxalq məsələlər barədə danışacağıq”.

E. Makron dəvətə görə rusiyalı həmkarına təşəkkürünü bildirib: “Həqiqətən də Fransa-Rusiya münasibətləri inkişaf etməkdə davam edir. İqtisadi planda daim artım müşahidə olunur. Bu çox müsbət haldır. İkitərəfli münasibətlərdən başqa, fikrimcə, Fransa və Rusiya BMT TŞ-nin iki daimi üzv ölkəsi kimi, istər Ukrayna, Yaxın Şərq, İran, Suriya münaqişələri olsun, istərsə də  bütün beynəlxalq siyasət arenasında əlaqəli işləyərək həll yolu tapa bilər. Fikrimcə, biz həqiqətən də birgə təşəbbüslərin tapılması üçün birlikdə işləyərək qüvvələrimiz birləşdirə bilərik”.

Qeyd edək ki, Putin-Makron görüşündə Ukrayna, İran və Suriyaətrafındakı vəziyyətin müzakirə olunacağı gözlənilir. Danışıqların yekununda Rusiya-Fransa əməkdaşlığının inkişafına istiqamətlənən birgə sənədlər imzalanacaq. Putin və Makronun birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılır. //apa

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar