Peyğəmbərə heykəl qoyula bilərmi? – İslamşunas alim cavab verir - VİDEO

Peyğəmbərə heykəl qoyula bilərmi? – İslamşunas alim cavab verir – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Dinşunas alim Əsədulla Qurbanov “Kanal 13”ə müsahibə verib. O, Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyulmasına münasibət bildirərkən qeyd edib ki, Naxçıvan şəhərində Nuh peyğəmbərə heykəlin qoyulması yaxşı haldır.

“A24.az” bildirir ki, dindar bunu həm də bütpərəstlik əlaməti adlandırıb:

“Qoy dünya bilsin ki, Azərbaycanda Naxçıvan var. Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyublar. Doğrudur, bu, bütpərəstliyin əlamətidir, amma müqəddəs insanların xatırlanmasına, insanların yaddaşına köçürülməsinə müsbət baxıram”.

İslamşunas alim “Azərbaycanda Muhamməd peyğəmbərə heykəl qoyulsaydı, bu tamam başqa cür qarşılanacaqdı. Sizcə, buna səbəb nədir? Nuh peyğəmbərə heykəlin qoyulması böyük səs-küyə səbəb olmadı?” sualını cavablandıran zaman “Əvvəla sizə onu deyim ki, Muhamməd peyğəmbərin heykəli bəşər övladının qəlbindədir. Təkcə azərbaycanlıların və müsəlmanların deyil, bəşər övladının qəlbindədir. Çünki Muhamməd Peyğəmbər Səudiyyə Ərəbistanında, İslamın tarixi vətənində qara ərəblər deyirlər, bədəvi ərəbləri vəhşi halda yaşayan ərəbləri insan, müsəlman, Allahın istəklisi edən məhz Muhamməd peyğəmbər olub. İslam dinini yaratmaqla…”.

“A24.az” videoda islamşunas alimin müsahibəsini təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Din, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar