Peyğəmbərimiz Novruz bayramını qeyd edib? - Elşad Miri Hacı Şahinə cavab verdi - VİDEOÇARX

Peyğəmbərimiz Novruz bayramını qeyd edib? – Elşad Miri Hacı Şahinə cavab verdi – VİDEOÇARX
Want create site? Find Free WordPress Themes and plugins.

İlahiyyatçı Elşad Miri ötən gün Hacı Şahin Həsənlinin İslam peyğəmbəri Hz. Məhəmmədin Novruz bayramını qeyd etdiyi barədə mətbuatda yayımlanan fikirlərinə münasibət bildirib.

“A24.az” bildirir ki, “GoldNews.Az”a açıqlama verən Elşad Miri qeyd etdi ki, yazın daxil olması şimal yarımkürəsində 21 martda, cənub yarımkürəsində 23 sentyabrda qəbul olunur:

“Peyğəmbərimiz hansına görə qeyd edib? Bu özü biabırçılıq deyilmi? Peyğəmbərin adından hədis uydurulması həmişə davam edib. Düzdür, bu da bir dini bayramdır, bəzi dinlərdə olan atributları öz üzərində daşıyır. Amma İslamda belə bir bayram olmayıb. Yəni biz bu gün nə qədər danışsaq da, düzgün olmayan tərəflərini də bilirik. Bunu bəziləri sırf atəşpərəstliklə bağlayırlar. Amma atəşprəstlikdə odun üzərindən tullanma yoxdur, buna görə də bu, atəşpərəstlik deyil. Ona görə məsələni sırf atəşpərəstliklə əlaqələndirmək olmaz”.

İlahiyyatçı, Hacı Şahinin dinimizin bu bayrama müsbət münasibət bəslədiyi barədə fikirlərinə cavab olaraq qeyd etdi ki, əvvəlcə təsəvvür edək ki, Peyğəmbərin dövründə bu bayram hansı formada qeyd edilə bilərdi?.

“Yəni Peyğəmbərimiz kosaya, keçələ hansı formada razılıq verə bilərdi? Yaxud da kiminsə onun qapısını dinləməsinə, üzüklə fala baxılmasına necə reaksiya verərdi? Bu, Qurana uyğundurmu? Belə bir məsələni qeyd edə bilərəm ki, bu gün bəzi adət-ənənələrdə mövcud olan, keçmişdəki əxlaqsızlığa siğə adı altında dini don geyindirib, insanlara təqdim edənlər bəzi yanlışlara da don geyindirib, dini bir bayram kimi insanlara təqdim edirlər”.

“Sonra burda belə bir məsələ qeyd edilib ki,guya Peyğəmbəri Novruz bayramı ilə bağlı təbrik edəndə, deyiblər ki, “Novruz bayramınız mübarək olsun!”, o da cavab verib ki, “kaş hər günümüz bayram olsun” – bu da başqa bir saxtakarlıq, başqa bir uydurmadır, Peyğəmbər adına uydurulan hədislərdən biridir”, – deyə Elşad Miri qeyd etdi.

“A24.az” ilahiyyatçı Elşad Mirinin mövzu ilə bağlı hazırladığı videoçarxı təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Din, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar