A24 Xeber

Pike və Şakiranın evi qarət olunub

Pike və Şakiranın evi qarət olunub
41
06 İyun 2018 - 19:58

“Barselona”nın müdafiəçisi Jerar Pike və həyat yoldaşı Şakira oğurluğun qurbanı olublar.

A24.Az APA-ya istinadən xəbər verir ki, onların evi soyulub, dəyərli əşyalar, saatlar oğurlanıb.

Hadisə baş verdiyi vaxt nə Pike, nə də Şakira evdə imiş. Dünya çempionatına yollanacaq Jerar İspaniya millisinin düşərgəsində, müğənni isə Almaniyada qastrol səfərində olub.

Pikenin valideynləri qarətlə bağlı polisə müraciət ediblər.

Oğrular evə heç bir ziyan vurmayıblar.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00