A24 Xeber

Pilotsuz uçuş aparatı DÜNYA REKORDU qırdı

Pilotsuz uçuş aparatı DÜNYA REKORDU qırdı
49
09 Avqust 2018 - 19:14

“Airbus Defense & Space” kompaniyasının “Zephyr” pilotsuz uçuş aparatının təkmilləşdirilmiş versiyasının ilk sınaq uçuşu havada qalma müddətinə görə yeni dünya rekordu ilə yekunlaşıb.

A24.Az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, kompaniyanın saytında dərc olunmuş press-relizə əsasən, pilotsuz uçuş aparatı 26 sutkadan 3 dəqiqə az bir müddət ərzində havada qalıb.

Sınaqların bu aparatı hamıdan əvvəl silahlanmaya qəbul etməyi planlaşdıran Böyük Britaniyanın dəstəyi ilə həyata keçirildiyi bildirilir. “Zephyr” növbəti dəfə bu ilin sonunda Avstraliyanın qərbində havaya qalxmalıdır.

Qeyd edək ki, uçuş müddətinə görə bundan əvvəlki rekord da 14 sutka havada qalan “Zephyr” tərəfindən müəyyən olunmuşdu. Aparat günəş panellərindən qidalanan mühərriklə təchiz edilib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00