A24 Xeber

Pirelli Azərbaycan Qran Prisi üçün təkər seçimini elan etdi

Pirelli Azərbaycan Qran Prisi üçün təkər seçimini elan etdi
713
10 Mart 2017 - 16:36

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti mövsümün ilk səkkiz Qran Prisinə gətirəcəyi təkər tərkiblərini açıqlayıb.

A24.Az F-1.az-a istinadən xəbər verir ki, komandalar mövsümdə ilk dəfə olaraq Barselonada ən sərt üçlüyü – Hard, Medium və Soft təkərləri alacaqlar. Hard və Medium tərkibləri isə məcburi elan olunub, yəni hər bir sürücü yarışın quru havada baş tutacağı təqdirdə bu tərkiblərdən ən azı bir dəst yarışa sifariş verməli və yarışda bunların hər hansı birindən istifadə etməlidir. Maraqlıdır ki, mövsümöncəsi testlərdə sürücülər Hard təkərlərdən istifadə etməyiblər. Çünki sərin havada onları qızdırmaq xeyli çətindir.

Ötən il olduğu kimi, Pirelli Monako və Kanada yarışlarına ən yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkibləri gətirəcək. Həmin yarışlarda məcburi tərkiblər Soft və Supersoft olacaq.

Bakıdakı yarışa isə keçən il olduğu kimi, Medium, Soft və SuperSoft təkərlər gətiriləcək. Soft və Medium tərkiblər məcburi elan olunub…

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00