Pit-stop mükafatında yeni qaydalar

Pit-stop mükafatında yeni qaydalar
Want create site? Find Free WordPress Themes and plugins.

Artıq üçüncü ildir ki, Formula1-də mövsüm ərzində daha çox sürətli pit-stoplara görə fərqlənən komanda müəyyən olunur. Yekunda isə həmin komandaya Formula1-in rəsmi tərəfdaşlarından biri olan DHL-in təsis etdiyi DHL Fastest Pit Stop Award mükafatı verilir.

“A24.az” F-1.az-a istinadən bildirir ki, əvvəlki illərdə mükafat mövsüm ərzində daha çox yarışda ən sürətli pit-stop edən komandaya verilirdi. Lakin mükafatın bu qaydada verilməsi bəzi qeyri-müəyyənliklər yarada bilərdi. Məsələn, iki və daha çox komanda eyni sayda yarışda ən sürətli pit-stop reallaşdıra bilərdilər. Düzdür, belə bir hal baş verməyib – 2015-ci ildə Ferrari altı sürətli pit-stopla hamını üstələmişdi, keçən il isə Williams komandası 21 yarışın 14-də hamıdan sürətli olaraq mükafatın sahibi olmuşdu. Lakin qeyri-müəyyənliyin yaranmaması üçün mükafatın verilməsi ilə bağlı yeni qaydalar qəbul edilib.

Yeni qaydalara əsasən, hər bir komandaya hər yarışda sürətli pit-stoplara görə tutduğu yerə və ya yerlərə uyğun xallar veriləcək. Xal sistemi yarışların nəticələrinə görə sürücülərə tətbiq olunan sistemlə eynidir – ən sürətli pit-stop edən komanda 25, ikinci komanda 18, üçüncü komanda isə 15 xal qazanacaq. Növbəti yerlər üçün isə müvafiq olaraq 12, 10, 8, 6, 4, 2 və 1 xal veriləcək. Yekunda isə daha çox yarışda ən sürətli pit-stop edən yox, ən çox xalı olan komanda sözügedən mükafatın sahibi olacaq. Hər bir komanda istənilən yarışda ilk onluqda bir dəfədən artıq yer tuta bilər.

Hələ mövsüm başlamamışdan əvvəl komandaların mexanikləri pit-stopların əvvəlki qədər sürətli olmayacağından narahat idilər. Daha ağır (arxa təkərlər keçənilki ilə müqayisədə 1.8 kq, ön təkərlər isə 0.8 kq ağırdır) və daha enli təkərləri dəyişmək əvvəlki qədər rahat deyil. Bu amillər mexaniklərin bir neçə millisaniyə itirməsi ilə nəticələnir ki, bu da kifayət qədər nəzərəçarpan fərqdir. Bununla əlaqədar komandalar qış fasiləsində xeyli məşq ediblər. Mercedes AMG komandasının bildirdiyinə görə, mexaniklər Berklidə məşq zamanı 300-ə yaxın pit-stop proseduru yerinə yetirmişdilər. Bütün bunlar öz bəhrəsini verib. Komandalar hər nə qədər keçənilki rekorda yaxınlaşa bilməsələr də (keçən il ən sürətli pit-stop Williams komandası tərəfindən 1.92 saniyə ərzində Bakıda reallaşdırılmışdı), nəticələr 2016-cı ildə Avstraliyadakı nəticələrdən yaxşı olub.

Ən çox irəliləyişə Mercedes AMG nail olub – onlar keçənilki nəticələrini 0.18 saniyə yaxşılaşdırıblar, lakin bu, Melburnda ən yaxşı nəticə olmayıb. Keçən il burada ən yaxşı pit-stopunu 2.35 saniyədə edən Williams bu il Felipe Massanın maşınında təkərləri 2.34 saniyə ərzində dəyişə bilib. Komanda üçüncü ən yaxşı pit-stopu da Ləns Strolla edib və ilk yarışda 40 xal toplayaraq birinci olub. Williams-dan başqa, Mercedes AMG, Ferrari və Force İndia komandaları da ilk onluqda iki yer tutublar. Digər iki yer isə Red Bull və Toro Rosso-nun olub.

 

Komanda Avstraliya Çin Bəhreyn Rusiya İsaniya Monako Kanada Azərbaycan Avstriya Britaniya Macarıstan Belçika İtaliya Sinqapur Malayziya Yaponiya ABŞ Meksika Braziliya Əbu Dabi Cəmi
Williams 40 40
Mercedes AMG 26 26
Toro Rosso 12 12
Ferrari 11 11
Red Bull 6 6
Force İndia 6 6
Renault 0 0
Sauber 0 0
McLaren 0 0
Haas 0 0
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar